Mali fransız dilini süni intellektlə silir

09:34 15.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mali Fransa ilə əlaqələri kəsərkən, həm də keçmiş müstəmləkəçisinin dilindən xilas olmağa çalışır.

Hafta.az-ın “Afrika News”a istinadən yazdığına görə, xuntanın hakimiyyətdə olduğu Qərbi Afrika ölkəsi süni intellektdən istifadə edərək regionda ən populyar dil olan Bambara dilini məşhurlaşdırır.

Məsələ ilə bağlı xəbər verən “Washington Post” qəzeti öz ana dilinin yazıldığını görməyən bir çox tələbənin indi noutbuklarla bu imkana sahib olduğunu yazıb. Amerika qəzeti tələbələrin oxuduğu mətnlərin Bambara kimi yerli dillərdə süni intellekt tərəfindən yaradıldığını vurğulayıb.

Keçən il Malidəki xunta administrasiyası fransız dilini rəsmi dil kimi ləğv edərək, Bambara dili də daxil olmaqla, 13 dillə əvəz edib. Bununla belə, məktəblərdə və dövlət idarələrində fransız dilində danışılır.

Təhsil Nazirliyindən Seni Tognine, ictimaiyyətin indi yerli dillərə tələbat olduğunu deyir və 2023-cü ildə başlanan RobotsMali adlı təşəbbüslə 140-dan çox süni intellekt kitabını Bambara dilinə tərcümə etdiklərini söyləyir.

"Balaca Şahzadə"ni yerli dillərə tərcümə etmək əvəzinə, RobotsMali komandası süni intellektə adi malililərin həyatı və mədəniyyəti haqqında hekayələr yazmağı üstün tutur.

Nəticə mətn Google Translate istifadə edərək yenidən işlənir və Bambara dilinə tərcümə edilir. Tognine kimi mütəxəssislər tərcümədə səhvləri düzəldirlər.

Bundan əlavə, süni intellekt vasitəsilə mətnlərə uyğun şəkillər hazırlanır.

Daha sonra ChatGPT tələbələr üçün oxuyub-anlama testləri hazırlayır.

1960-cı ildə Fransadan müstəqillik qazanan Malidə yaşayan əhalinin 70 faizi yazıb-oxumağı bilmir. 21 milyondan çox insanın yaşadığı ölkədə 70-dən çox dildə danışıldığı təxmin edilir.

ChatGPT kimi süni intellekt platformaları Afrikada danışılan minə yaxın dil üçün şans ola bilər. İngilis və Efiopiya dillərini tərcümə etmək üçün maşın öyrənməsindən istifadə edən bir startap quran Asmelash Teka Hadgu deyir: “Düzgün həyata keçirilərsə, bu layihələr təhsilə çıxışı demokratikləşdirmək üçün böyük potensiala malikdir”.

Oxunma sayı 244
Siyasət rubrikasından digər xəbərlər