Mamuka Mdinaradze: “Saakaşvili, Qvaramia, Xazaradze və Qaxaria bir əldən idarə olunan agentlərdir”

11:17 10.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Saakaşvili də, Qvaramia da, Xazaradze də, Qaxaria da bir əldən idarə olunan agenturadır. Xalq onlardan birinə verilən hər bir səsin təkcə dinc və ləyaqətli sabahımız üçün deyil, bütövlükdə ölkəmizin varlığına böyük təhlükə yaratmaq olduğunu bilməlidir”.

Hafta.az-ın yazdığına görə, bunu “Gürcü Arzusu” fraksiyasından Mamuka Mdinaradze bildirib.

Mdinaradze bildirib ki, cəmiyyət hər şeyi çox yaxşı görür, agenti milli maraqlarla hərəkət edən siyasətçidən yaxşı seçir, ağı qaradan seçməyi yaxşı bilir, siyasi dərrakəsi də var, lakin yenə də konkret faktları yada salmaq lazımdır.

Onun sözlərinə görə, “Milli Hərəkat” rejiminin heç bir bəraəti ola bilməz. Lakin bu da bir həqiqətdir ki, onları addım-addım “vətənə qarşı agentlik avantürasına çəkərək bütün çirkin və cinayətkar işlərə imza atdırıblar”.

“Gürcü Arzusu” fraksiyasının sədri, bu gün Xazaradzenin, eləcə də Saakaşvili, Qvaramia və digər kollektiv agenturanın öz sahiblərinin səssiz itaətində olduğunu bildirib.

Bununla yanaşı, Mdinaradze qeyd edib ki, əgər Saakaşvili və onun komandasını sahibləri yavaş-yavaş, mərhələli şəkildə işə çəkib və çoxlu amansız cinayətlərə imza atdırıblarsa, bütün bunlar Qaxaria və Xazaradzenin gözü qarşısında baş verirdi.