Yazını böyüt
Yazını kiçilt
MAQATE Ukraynada hazırlandığı iddia olunan çirkli bombanın əlamətlərini aşkar edə bilməyib. Bunu agentliyin baş direktoru Rafael Qrossi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) Şarm əl-Şeyxdə keçirilən 27-ci Tərəflər Konfransı çərçivəsində deyib.
Onun sözlərinə görə, agentlik “dərhal, bir neçə gün ərzində” üç sahə üzrə müfəttişlərdən ibarət qrup təşkil edib. "Biz nüvə materiallarından sui-istifadə əlamətlərinin olmadığını təsdiq edə bildik" deyib Qrossi.
O qeyd edib ki, agentlik “çirkli bomba”nın yaradılması ilə bağlı xəbərlərə məhəl qoymaya bilməz, çünki onlar “nüvə silahının istifadəsinə gətirib çıxara biləcək inkişafın bir hissəsini təşkil edir”.