Mariupolda mühasirədə qalan Ukrayna ordusunun komandirindən çağırış: BİZƏ AĞIR SİLAH VERİN 

18:30 18.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Artıq 50 gündür ki, Mariupol şəhərinin müdafiəçiləri düşmənin böyük qüvvələrinə və davamlı hava bombardmanlarına, artilleriya və raket atəşlərinə baxmayaraq, qəhrəmancasına müdafiə olunurlar. Rusiya təbliğatı sizə nə desə də, Mariupol hələ də Ukrayna şəhəridir".

Hafta.az-ın yazdığına görə, bu sözləri rus qoşunları tərəfindən mühasirəyə alınmış Mariupoldakı kontr-admiral Mixaylo Belinski adına Ukrayna Dəniz Piyadaları Korpusunun 36-cı Əlahiddə Briqadasının komandiri Sergey Volina xalqa müraciətində deyib. O bildirib ki, ukraynalı əsgərlər hər gün şiddətli döyüşlər aparır və düşmənin minlərlə əsgəri qüvvəsinin qarşısında mərd-mərdanə dayanır, onların irəliləməsinə mane olurlar. Amma təbii ki, bu böyük itkilər bahasına başa gəlir.

"Amma köməyinizə ehtiyacımız var. Düşmən şəhəri halqa şəklində ələ keçirdi və yüz minlərlə dinc sakini girov saxladı. Hərbi bunkerlərimizdə istilik, su, yemək olmadan qadınları, uşaqları, o cümlədən körpələri gizlədirlər. Onların bir çoxu əsasən ruslar tərəfindən axtarışda olan hərbçilərimizin qohumlarıdır. Yaralılarımız hər gün dözülməz əzab içində ölür, çünki dərman, dezinfeksiyaedicilər, narkoz çoxdan qurtarıb" deyən S.Volina qeyd edib ki, Ukrayna hakimiyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə, ruslarla humanitar dəhlizlərin yaradılması üzrə danışıqlar aparıb. Lakin Rusiya tərəfi sözünün üstündə durmadı və bütün cəhdlər boşa çıxdı.

"Biz dünya siyasətçilərini, ictimai və din xadimlərini öz iradəsinə zidd olaraq Mariupolun tələsinə düşən insanlara biganə qalmamağa çağırırıq. İndi biz hərbçilər nəinki düşmənin əzici qüvvələri ilə vuruşmağa, hətta mindən çox dinc əhalinin qayğısına qalmağa məcburuq. Təslim olmayacağıq və sona qədər mübarizə aparacağıq. Amma bizim anda sadiqliyimiz Mariupolu azad etmək üçün kifayət etmir. Bunun üçün bizə ağır silahlar lazımdır. Bunu bizə təmin etmək Avropa İttifaqı və ABŞ-ın vəzifəsidir. Mariupolun müdafiəçiləri üçün ağır silahlar Ukrayna hərbi qrupunu xilas edəcək. Biz son damla qanımıza qədər döyüşməyə hazırıq. Amma bilməliyik ki, dünya bunun üçün əlindən gələni edir. O zaman biz ölkəmiz üçün mümkün olmayanı belə etməyə hazırıq", - müraciətdə deyilir.

Siyasət rubrikasından digər xəbərlər