ABŞ-lı pedofil milyarder Cefri Epşteynin qardaşı Mark Epşteyn qardaşının həbsxanada öldürülmüş ola biləcəyini iddia edib.
Hafta.az-ın yazdığına görə, ABŞ jurnalisti Meqan Kelliyə müsahibə verən Mark Epsteyn iddiasına əsas kimi qardaşının yarılma zamanı çəkilmiş, əvvəllər dərc olunmamış şəklini təqdim edib. Fotoda Cefri Epşteynin boynunun ortasında yara olduğu görünür. Lakin Epsteyn qardaşın sözlərinə görə, bu yara pedofil milyarderin intihar etdiyi iddiası ilə uyğun gəlmir.
Rəsmi xəbərlərdə qardaşının özünü asaraq intihar etdiyini xatırladan Mark Epsteyn, "Fotoda ip çapığı boynunun ortasında və düz xətt şəklindədir. Ancaq aşağıya doğru asılacağınız üçün asılan halda bu çapıqlar düz xəttdə deyil, yuxarıya doğru olmalı idi” deyib.
Qardaş Epsteyn iddia edir ki, əgər qardaşı intihar etsəydi, bu çapıqlar çənə və qulaqların altında qalardı.
Cefri Epşteyn 2019-cu ildə özünə qarşı irəli sürülən ittihamlarla bağlı məhkəməyə getməli olduğu halda Nyu Yorkdakı həbsxana kamerasında ölü tapılıb.
Rəsmi araşdırma Epsteynin kamerada özünü öldürdüyü qənaətinə gələrkən, ailənin işə götürdüyü və yarılmada iştirak edən həkim bəzi dəlillərin milyarderin öldürülməsinə işarə etdiyini diddia deyib.
Məhkəmə-tibb eksperti hadisə yerinə gələnə qədər qardaşının ölümü ilə bağlı normal prosedurlara əməl edilmədiyini və cəsədin yerinin dəyişdirildiyini bildirən Mark Epsteyn, “Sorduğum bütün suallara yalnız bir cavab ala bilərəm: Nəticədə İstintaq nəticəsində bunun intihar olduğuna qərar verdik" deyə bildirib.
Mark Epsteyn həmçinin iddia edib ki, qardaşı eyni palatada saxlanılan başqa məhbus tərəfindən öldürülmüş ola bilər.
ABŞ administrasiyası daha əvvəl Epşteynin öldüyü gecə həbsxananın müvafiq bölməsindəki kameraların işləmədiyini açıqlamışdı və həbsxananın müxtəlif yerlərində kamera qeydlərinin yayımlanması tələbi də rədd edilmişdi.
İnvestisiya fondunun meneceri Epsteyn, ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qıza qarşı cinsi zorakılıq, pedofiliya və fahişəlik şəbəkəsi yaratdığına görə həbs edilib.
Epsteynin o zamankı ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Böyük Britaniya şahzadəsi, York hersoqu Endrü kimi güclü simalarla yaxın dostluğu ictimai müzakirə mövzusuna çevrilib.