Yazını böyüt
Yazını kiçilt
Dekabrın 17-də Masallı Rayon Polis Şöbəsinə Qarğalıq kəndində yaşayan B.Ağamalıyevin evində ov tüfəngindən açdığı atəşlə özünü yaralaması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, hadisə ilə bağlı dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb. B.Ağamalıyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.