Masallıda ev yandı

14:22 17.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda yaşayış evində yanğın olub, xəsarət alan var.

 

Hafta.az xəbər verir ki, yanğın hadisəsi Masallı şəhərində ümumi sahəsi 336 m² (hər mərtəbəsi 168 m²) olan ikimərtəbəli 7 otaqlı evdə qeydə alınıb.

 

Belə ki, yanğın zamanı evin 2-ci mərtəbəsində 3 otağın tavanı 136 m² sahədə yanıb. Yüksək temperaturdan dam örtüyünün taxta atmaları 24 m² sahədə qarsalanıb.

 

Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü Müşfiq Səfərov yanıq xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

 

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

 

Faktla bağlı araşdırma aparılır.