Masallıda mürəkkəb yanğın başlayıb - YENİLƏNİB

16:32 25.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Masallıda açıq ərazidə yanğın qeydə alınıb.

Hafta.az xəbər verir ki, yanğın rayonun Qəriblər kəndi yaxınlığında seyrək ağaclıq ərazidə baş verib.

Çağırışla əlaqədar Fövqəladə Hallar Nazirliyin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.