Maşın qadın piyadanı vurub öldürdü

10:14 17.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda avtomobil piyadanı vurub.

Hafta.az xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Belə ki, Ramin Əhmədov idarə etdiyi avtomobili geriyə sürərkən Rəhilə Cəbrayılovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.