Maşından yola zibil atan şəxs cəzalandırılıb

23:20 13.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda yolu zibilləyən şəxs inzibati məsuliyətə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Məlumata görə, müxtəlif media subyektlərində yayılmış görüntülərə əsasən paytaxtın Binəqədi rayonu ərazisində “İJ” markalı 90-GX-182 qeydiyyat nişanlı avtomobildən yola zibil atılması faktı ilə bağlı araşdırma aparılaraq, vətəndaş A.Həsənzadə aşkar edilərək, törədilən qayda pozuntusuna müvafiq olaraq inzibati protokol tərtib edilib.