Matçın ən yaxşı oyunçusuna bir araba kartof verildi

09:36 04.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Danimarka Superliqasının "Sönneryuysk" - "Norşelland" qarşılaşması meydan sahiblərinin futbolçusu Maksim Sulya üçün yaddaqalan olub.

Hafta.az xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə səhifəsindən məlumat yayılıb. Hederslevdən olan komanda Danimarka çempionatının 3-cü turunda "Norşelland"ı 3:2 hesabı ilə məğlub edib. Oyunda hesabı məhz fransalı müdafiəçi açıb.

Sonda Sulya matçın ən yaxşı oyunçusu seçilib. Mükafat olaraq ona oyunun sponsorundan 55 kiloqram təzə çıxarılmış kartof hədiyyə edilib.