Yazını böyüt
Yazını kiçilt
Mavritaniyanın sahil mühafizə qüvvələri dənizdə batmaqda olan qayıqdan 37 qeyri-qanuni miqrantı xilas edib. Bir nəfərin isə cəsədi sudan çıxarılıb.
Hafta.az xəbər verir ki, qayıq Qambiyanın paytaxtı Bancul şəhərindən İspaniyanın Kanar adalarına tərəf üzürmüş.
Qeyd olunur ki, qayıqda 160 miqrant olub. Onlardan 122 nəfərin axtarışları hələ davam etdirilir. Xilas olanlardan 22-si Seneqal, 7-si Qambiya, 8-i Qvineya-Konakari vətəndaşlarıdır. Qayığın 25 gün açıq dənizdə qaldığı bildirilir.
Şahidlərin ifadələrinə görə, yaranmış texniki nasazlıq qayığın yanacağının tükənməsinə səbəb olub. Nəticədə 10 gün ərzində beynəlxalq suları üzərək Mavritaniyanın dəniz sahəsinə daxil olan qayıqda su və qida ehtiyatı da bitib.