Mayın sonunadək seçicilərin dəqiq siyahısı müəyyənləşəcək - MSK

18:00 12.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı bütün seçki dairələrindən məlumatlar müəyyən edilmiş vaxt çərçivəsində Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Bunu Mərəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, hazırda təqdim edilmiş sənədlər yoxlanılır və may ayının sonuna qədər seçicilərin dəqiq siyahısı müəyyən ediləcək.

Qeyd edək ki, Azərbaycanda hər ilin yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir.

Siyasət rubrikasından digər xəbərlər