MEDİA və DHA-nın rəhbər heyəti arasında görüş keçirilib -FOTO

10:10 05.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyində (MEDİA) Demirören İnformasiya Agentliyinin (DHA) rəhbər heyəti ilə görüş baş tutub.

Hafta.az-ın məlumatına görə, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, DHA-nın baş direktoru Celal Korkut, Təhsil Layihələri qrupunun direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu və Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov iştirak ediblər.

Medianın İnkişafı Agentliyin icraçı direktoru Əhməd İsmayılov türkiyəli həmkarlarını Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.

Görüş zamanı Təhsil Layihələri Qrupunun Direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu Türkiyədə yaradılan Demirören media peşə və texnologiya liseyi layihəsi haqqında da məlumat verib.

“Lisey bu gün ilk şagirdlərini qəbul edib. Şagirdlər bu peşəni bizimlə birgə öyrənəcəklər və liseyi bitirdikdən sonra mütləq şəkildə bu sektorda iş tapa biləcək səviyyədə olacaqlar”,- deyə qeyd edilib.

Görüşdə həmçinin iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Oxunma sayı 2497
Media rubrikasından digər xəbərlər