Yazını böyüt
Yazını kiçilt
Fransanın Mədəniyyət naziri Frank Riester də koronavirisa tutulub.
Hafta.az Riesterin ötən həftə Milli Məclisdə görüş keçirdiyini və virusa orada yoluxa biləcəyini yazır. Çünki məhz Frabnsa parlamentində 5 millət vəkilinin adıçəkilən virusa yoluxduğu məlumdur.

Bu arada, Fransa Səhiyyə Nazirliyinin şöbə müdiri Cerome Salomon keçirdiyi mətbuat konfransında deyib ki, ölkədə Covid-19 səbəbilə həyatını itirənlərin sayı 25-ə yüksəlib. Ümymilikdə virusa yoluxanların sayı isə 286 nəfər artaraq 1412-yə çıxıb. Hansı ki, onlardan 66-sının vəziyyəti son dərəcə ağırdır. Nazirliyin rəsmisi deyib ki, hazırda koronavirus səbəbilə Fransada 157 xəstəxana ixtisaslaşdırılıb.