Yazını böyüt
Yazını kiçilt
İyulun 27-də Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev İstanbul şəhərində keçirilən “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi sərgisindəki stendləri ziyarət edib.
Bu barədə hafta.az-a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazir sərgidə Türkiyə Respublikasının “TUSAŞ”, “ASELSAN”, “SANLAB”, “ARMELSAN”, “SDT Space & Defence Technologies” və digər şirkətlərin stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalarla tanış olub.
Mədət Quliyevlə “ASELSAN” və “TUSAŞ” şirkətlərinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.