Mediada dövlətin əsas vəzifələri dəqiqləşib

12:00 10.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Media sahəsində dövlətin əsas vəzifələri dəqiqləşib.

 

Hafta.az xəbər verir ki, bu barədə “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

 

Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

 

 

  • media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;

 

 

 

  • Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;

 

 

 

  • istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;

 

 

 

  • medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;

 

 

 

  • media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;

 

 

 

  • media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;

 

 

 

  • Azərbaycanın media məkanının təhlükəsizliyini təmin etmək;

 

 

 

  • ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.