Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya ordusunun döyüş meydanındakı uğursuzluqlarına baxmayaraq Ukraynanın “kapitulyasiyası”ndan danışan Rusiya federasiyası təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedyevin təxribat xarakterli bəyanatlarına reaksiya verib.
Hafta.az xəbər verir ki, Danilov bu haqda öz “Tvitter” səhifəsində yazıb.
“Yeni başlayan xam bloger Dmitri Medvedyev zehni olaraq Ukrayna ilə deyil, Şimali Koreya kimi bir dövlətin yanında olmalı və gizlənməli olacağı Səddamın bunkeri kimi daldalanacaq haqda düşünməlidir. Orada o, nəhayət, “Rusiya”nı böyük hərflə yazmağı tərgidəcək və buna, həmçinin "onlar(Ukrayna hərbçiləri-S.L.) hələ də geri çəkilməyiblər” xəbərlərinə vərdiş etməlidir”- Ukrayna rəsmisi belə yazıb.