Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın satışı yasaqlandı

09:22 11.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransanın həftəlik “Marianne” jurnalının İslam Peyğəmbərinin ünvanına təhqiramiz karikaturaların yer aldığı son nömrəsinin Mərakeşdə yayılmasının qarşısının alındığı bildirilib.

Hafta.az-ın AA-ya istinadən yazdığına görə, adının çəkilməsini istəməyən Mərakeş hökumətinin rəsmisi qeyd edib ki, “qadağa “Marianne” jurnalının 29 fevral tarixli son sayına tətbiq edilib.

Mərakeş rəsmisi, "Sözügedən jurnalın nömrəsi Məhəmməd peyğəmbəri təhqir edən karikaturalardan ibarət olduğu üçün ölkənin heç bir bölgəsində yayılmasına icazə verilməyəcək" deyib.

Fransa və digər Qərb ölkələrinin jurnal və qəzetləri bəzən ifadə azadlığı bəhanəsi ilə Məhəmməd peyğəmbər haqqında təhqiramiz karikaturalar dərc edərək İslam dünyasında qadağalara və etirazlara səbəb olur.