Fransada Lil Cəza Məhkəməsi “Lanna” adlı pişiyin sahibinə 2023-cü ilin iyul ayında zibil qutusunda ölü tapıldıqdan sonra “heyvana zülm etmək” ittihamı ilə açılan işdə qərar verib.
Hafta.az-ın “Le Parisien” qəzetinə istinadən yazdığına görə, məhkəmə uşağını cırmaqladığı üçün təxminən bir yaşlı pişiyə işgəncə verərək öldürdüyünü etiraf edən müttəhimə 8 ay şərti həbs cəzası verib və ona ev heyvanı saxlamağı qadağan edib.
Digər tərəfdən, məhkəmə simvolik qərar çıxarıb və əzab çəkən pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib.
Heyvan haqları müdafiəçisi və iddianın tərəfi olan Nord Region Heyvanları Müdafiə Birliyinin nümayəndəsi vəkil Graziella Dode sosial media hesabındakı paylaşımında Lill Cəza Məhkəməsinin qərarını açıqlayıb və bu qərarı "inkişafına doğru bir addım" kimi qiymətləndirib.
Fransada bir ilk olan məhkəmənin qərarı heyvansevərlər tərəfindən müsbət qarşılanıb.
Poitayers Universitetinin hüquq professoru Fabyen Makrhadier “20 Minutes” qəzetinə məhkəmənin “heyvanı insan hesab etdiyi” simvolik qərarını şərh edib.
Prof. Makrhadier, bu qərarın çoxalma və müalicə məsələlərində heyvanlara tətbiq edilən üsulların şübhə altına alınmasına yol açdığına diqqət çəkib.
Digər tərəfdən ölən pişik üçün təyin olunan 100 avroluq təzminatın hara ödəniləcəyi ilə bağlı heç bir məlumat verilməyib.