Meksikada prezidentliyə qadın namizəd vədini qanı ilə “möhürləyib”

12:24 02.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Meksikanın sağ mərkəzçi “Meksika üçün Güc və Ürək” alyansından prezidentliyə namizəd Soçitl Qalves dövlət başçısı seçiləcəyi təqdirdə pensiya yaşını 65-dən 60-a endirəcəyinə və sosial proqramları saxlayacağına söz verib.

AZƏRTAC xəbər verir ki, siyasətçi bu vədini seçkiqabağı mitinqdə səsləndirib. O, vədinin yer aldığı sənədi notariusun iştirakı ilə imzaladıqdan sonra sol şəhadət barmağını cızaraq onu qanlı izlə möhürləyib.

“Vədlərim qanımla möhürlənib”, - deyə qadın siyasətçi imzaladığı sənədi tərəfdarları qarşısında nümayiş etdirib.

Qeyd edək ki, Meksikada prezident seçkiləri iyunun 2-nə təyin olunub. 2018-2023-cü illərdə hökumətə başçılıq edən Klaudiya Şeynbaum hakim sol mərkəzçi “Milli Yeniləşmə Hərəkatının” namizədidir. Onun əsas rəqibi “Meksika üçün Güc və Ürək” adlı sağ mərkəzçi müxalifət alyansını təmsil edən senator Soçitl Qalvesdir. Hazırkı prezident Andres Manuel Lopes Obrador konstitusiyada yenidən seçilmək nəzərdə tutulmadığı üçün namizədliyini irəli sürməyəcək.

Oxunma sayı 92