Məktəbəhazırlıq qruplarında elektron yerdəyişmə başlayır 

12:09 31.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1 noyabr saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə start veriləcək.

 

Elm və Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.