Məktəbin yanında küçəyə atılmış körpə tapıldı

10:06 31.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə küçəyə atılmış körpə aşkar edilib.

Hüquq-mühafizə orqanlarından hafta.az-a verilən məlumata görə, körpə tapılarkən, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində olub.

 

3-4 aylıq olduğu təxmin edilən azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib.

 

Onun vəziyyətinin normal olduğu bildirilib.v