Məktəblərdə istilik problemi olmayacaq -Ramil Məhərrəmov

12:24 07.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cavabdeh olduğumuz məktəblərdə istilik problemi olmayacaq.

Bunu jurnalistlərə açıqlamasında "Azəriistiliktəchizatı" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov deyib.

Onun sözlərinə görə, həmin qurumun istiliklə təchiz etdiyi məktəblərin sayı 250-ə qədərdir.

"Həmin məktəblərin qazanxanalarında təftiş aparılıb. Şagirdlər və valideynlər istiliklə bağlı heç bir problemin yaranmayacağına arxayın olsunlar",- R.Məhərrəmov bildirib.