Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi - Nazirlik

10:52 15.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məktəblərdəki vakant yerlərin toplanılması zamanı aparılan araşdırma zamanı məlum oldu ki, müəyyən yerlərin gizlədilməsi halları var idi.

Hafta.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

M.Camalzadə deyib ki, bu fakt məlum olduqdan sonra mümkün olan yerlər müəllimlərin yerdəyişməsi müsabiqəsinə çıxarılıb. Qalan yerlər isə müəllimlərin işə qəbulu müsabiqəsinə çıxarılacaq.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6 680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.

Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənləri, rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir.