Məktəblərin qarşısındakı piyada keçidləri yenilənir

10:59 15.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən hafta.az-a verilən məlumata görə, xüsusilə, məktəblilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orta təhsil müəssisələrinin ətrafında müxtəlif tədbirlər görülür.

Görülən işlər çərçivəsində paytaxtın 101, 121 və 136 nömrəli orta məktəblərin ətraflarındakı mövcud piyada keçidlərində yenilənmə işləri aparılıb.