Məktəblini öldürən 17 yaşlı gənc TUTULDU-YENİLƏNİB

11:35 23.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə şagirdi bıçaqlayıb öldürən 17 yaşlı yeniyetmə saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R.Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

"Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.

***

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına görə, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib. 

Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.