“Məlumatlar Böyük Qayıdış zamanı istifadə ediləcək vahid məlumat bazasına daxil edilir” - Dövlət Komitəsi

11:37 27.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Nəticə etibarilə belə sorğulardan narahat olmağa dəyməz.

Bu fikirləri hafta.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (QMKDK) Mətbuat Xidmətinin rəhbəri İbrahim Mirzəyev deyib.

QMKDK sözçüsü qeyd edib ki, komitədə məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı və daimi yaşayış yerlərində dayanıqlı məskunlaşması məqsədilə hazırlanmış “İLK (İnamlı, Ləyaqətli, Könüllü) addım” elektron idarəetmə sistemi qurulub.

“Bu sistemə hər bir məcburi köçkünə aid məlumatlar, onların statusu, müvəqqəti məskunlaşma obyekti, kommunal xidmətlərdən istifadəsi və köçürülmənin şəffaf, effektiv həyata keçirilməsi üçün zəruri olan digər məlumatlar toplanıb.

Dövlət Komitəsinin Monitorinq şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş rayonlara qayıdacaq məcburi köçkünlər arasında şəxsi və demoqrafik məlumatlar, işğaldan azad olmuş ərazilərə qayıtmaq, məşğulluq və gəlirləri haqqında verilən suallar əsasında dürüstləşmə aparılır. Bundan sonra əldə olunmuş əlavə məlumatlar köçkünlərin Böyük Qayıdışı zamanı istifadə ediləcək vahid məlumat bazasına daxil edilir”.