Bu ilin əvvəlindən Rusiyada dövlət qulluqçularına qarşı rüşvətxorluq və korrupsiya əməliyyatları nəticəsində ümumi dəyəri 130 milyard rubldan çox olan 3500-dən çox qanunsuz əldə edilmiş yaşayış yeri ələ keçirilib.
Hafta.az-ın yazdığına görə, Rusiya Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Viktor Baldinin TASS-a verdiyi açıqlamada yanvardan bəri dövlət qulluqçuları və onların rəhbərləri arasında qanuni gəlirlə təsdiqlənməyən 130 milyard rubl dəyərində əmlaka həbs qoyulduğu deyilib.
Viktor Baldin əlavə edib ki, rüşvətxorluq və korrupsiya ilə məşğul olan məmurlar çox vaxt bu cür vasitələrlə əldə etdikləri əmlakı öz qohumlarına və ya yaxınlarına keçirməyə çalışırlar.
Rosfinmonitorinq, Rosreestr, vergi xidməti və prosesdə iştirak edən bütün digər dövlət orqanları məmurların və yuxarıların bütün bu əlaqələrini diqqətlə yoxlayır və qanunsuz əldə edilmiş əmlakı müsadirə edir, məhkəmə iclasında bu əməliyyatların uydurma olduğuna inandırıcı sübutlar təqdim edir.