Məni zorla döyüşlərə cəlb ediblər - Erməni din xadimi-VİDEO

17:40 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub.

Hafta.az-ın məlumatına görə, bu barədə əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç özü bildirib. Din xadiminin sözlərinə görə, onu zorla döyüşlərə cəlb ediblər:

"Oktyabr ayında mənə hərbi komisarlıqdan döyüşlərdə iştirak etmək üçün çağırış gəldi. Mən din xadimi olduğum üçün Dağlıq Qarabağda Azərbaycan torpaqlarında döyüşməkdən imtina etdim. Ancaq mənim bu istəyimə onlar rədd cavabı verdilər və bildirdilər ki, hər bir din xadimi döyüşlərdə iştirak etməlidir".

Hovsep Sahakyan qeyd edib ki, o Qubadlı ərazisində Azərbaycan-Ermənistan sərhədində bərkitmə işlərinə cəlb olunub.

Qeyd edək ki, Hovsep Sahakyan Youtube və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.

Oxunma sayı 1192
Siyasət rubrikasından digər xəbərlər