Yazını böyüt
Yazını kiçilt
Mərakeş kralı VI Məhəmməd Taxt Günü münasibətilə 2052 məhbusu əfv edib.
Hafta.az-ın yazdığına görə, kralın sərəncamına əsasən, 133 məhbus azadlığa buraxılıb, 1632 məhbusun cəzası azaldılıb.
Məlumata görə, bir məhbusun edam cəzası ömürlük həbslə, üç məhbusun isə ömürlük həbs cəzası müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Kral amnistiyasından yararlanan və işi məhkəmələrdə olan 283 nəfər barəsində verilən qərara əsasən isə müvafiq olaraq, 80 nəfərin həbs cəzası götürülüb və ya cəzasının çəkilməmiş hissəsi bağışlanılıb. 14 nəfərə verilmiş pul cəriməsi saxlanılıb, 180 nəfər barəsində çıxarılmış pul cəriməsi cəzası və 8 nəfərə verilən həbs cəzası əfv edilib.