Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2122 nəfərə çatıb

21:16 10.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2122 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, zəlzələ zamanı azı 2420 nəfər xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Mərakeş şəhərində və ətraf yaşayış məntəqələrində bir çox yaşayış binası və müxtəlif tikililər uçub.