Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliev bildirib ki, turizmin inkişafı, mal və xidmətlərin ticarəti xalqlar arasında mədəni və insani əlaqələrin möhkəmlənməsinə kömək edir, həmçinin beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə, Qazaxıstan və Çinin ixrac bazarlarının genişlənməsinə töhfə verir.
Hafta.az-ın yazdığına görə, nazir deyib ki, turizm həm də qarşılıqlı mübadilə üçün yeni üfüqlər açır və Qazaxıstan Çindən daha çox turist cəlb etmək üçün turizm infrastrukturunu təkmilləşdirməyə çalışır.
2023-cü ilin mayında Çin və Qazaxıstan viza tələblərini götürməklə bağlı hökumətlərarası saziş imzalayıblar. Həmin ilin noyabrında bu müqavilə rəsmən qüvvəyə minib, Çinli turistlər üçün Qazaxıstana səyahəti daha da rahat və sadə olub.
“2023-cü ilin sonunda Qazaxıstana gələn çinli turistlərin sayı 217 min nəfər təşkil edib”.
Bunu Qazaxıstanın Çindəki səfiri Şaxrat Nurışev bu ilin aprelində Pekində keçirdiyi mətbuat konfransında bildirib.
2024-cü il Çində Qazaxıstanın Turizm İli elan edilib və bu, Ş.Nurışevin sözlərinə görə, çinlilərin Qazaxıstan haqqında daha çox məlumat əldə edə bilməsi üçün Qazaxıstanın Çində populyarlaşdırılmasını nəzərdə tutur.
Turizm xidmətləri göstərən Qırğızıstanın “Megaway” konsaltinq şirkəti bu il ilk dəfə dünən başa çatan CIFTIS-də iştirak edib. Şirkətin satış departamentinin rəhbəri Saqıntay Erkinbekin qeyd etdiyi kimi, İssık-Kul gölü və Suyab böyük şair Li Bo-nun doğulduğu yerdir və bunlar Qırğızıstanda çinli turistlər arasında ən məşhur attraksionlardan bəziləridir.
“Hazırda Qırğızıstana gələn çinli turistlərin sayı ötən illə müqayisədə təxminən 50-60 faiz artıb”, - deyə S.Erkinbek bildirib.
Onun sözlərinə görə, Sian şəhərində keçirilən Çin-Mərkəzi Asiya sammitində keçən il tərəflər turizm sahəsində gələcək əməkdaşlığın və "Mərkəzi Asiya - Çin" birgə turizm marşrutunun inkişafının vacibliyini qeyd ediblər.
Bir neçə Mərkəzi Asiya ölkəsini eyni vaxtda əhatə edən marşrutlar turizm sektorunda yeni trendə çevrilib.
Çin Xalq Respublikasının Dövlət Şurası yanında İnkişaf Araşdırmaları Mərkəzinin Avrasiya Sosial İnkişafı İnstitutunun direktor müavini Syu Tao qeyd edib ki, Mərkəzi Asiya ölkələri “Bir tur - bütün region” birgə turizm layihəsini nəzərdən keçirirlər.
Onun fikrincə, bu təcrübə turizm bazarının inkişaf qanunauyğunluqlarına uyğundur. "Mərkəzi Asiyaya səfər etmək istəyən çinli turistlər maksimum fayda və rahatlıq gözləyirlər. Səmərqəndə səfər etmək niyyətində olanlar Qırğızıstanın Tokmakını da ziyarət etmək istəyirlər" o deyib.
Çin Turizm Akademiyasının proqnozlarına görə, 2024-cü ildə turizm məqsədilə xaricə gedən çinlilərin sayı 49 faiz artaraq 130 milyon nəfər olacaq. Hansı ki, 2023-cü ilin sonunda qeydə alınan rəqəm 87 milyon nəfər idi.