Rusiya mətbuatı Türkiyənin Mersin şəhərində rusların yaşadığı 50-dən çox mənzilin yerli gənc qızlardan ibarət oğru dəstəsi tərəfindən qarət edildiyi iddiasını yayıb.
Hafta.az-ın “Novıe İzvestiya”ya istinadən yazdığına görə, sözügedən mənzillərdən azı 1,5 milyon dollar dəyərində qiymətli əşya və nağd pul oğurlanıb.
“Şot” adlı Telegram kanalına danışan zərərçəkmiş oğruların onları izlədiklərini, gəzməyə çıxandan sonra evlərin əksəriyyətinin gün ərzində qarət edildiyini bildirib.
Rusiya Baş Konsulluğuna müraciət edən adı açıqlanmayan Rusiya vətəndaşı dəstə üzvü olan gənc qızlardan bəzilərinin uşaqları ilə birlikdə mənzillərə girərək oğurluq etdiklərini bildirib.
Bildirilib ki, oğruların hədəfində Rusiya vətəndaşları ilə yanaşı, Ukrayna və Belarus vətəndaşları da olub. Xüsusilə Akkuyu atom elektrik stansiyası layihəsinə görə Mresində çox sayda Rusiya vətəndaşı yaşayır.