Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əs-Səudun sədrliyi ilə keçirilən iclasda Nazirlər Şurası Məscidül-Haram və Məscidi Nəbəvi obyektlərinin əməliyyat işinin səmərəliliyini artırmaq məqsədi daşıyan addım atıb.
Hafta.az-ın yazdığına görə, dövlət başçısı Məscidül-Haram və Məscidi-Nəbəvi İşləri Baş İdarəsinin işinin eyni ad altında ictimai quruma çevrilməsini təsdiqləyib. Hüquqi şəxsə, eləcə də maliyyə və inzibati müstəqilliyə malik olan qurum, Məscidül-Haram və Məscidi-Nəbəvi ilə bağlı xidmət, istismar, baxım və inkişaf ixtisasları və sair işləri öz üzərinə götürür. Səlahiyyətli orqanın kralın fərmanı ilə təyin olunan bir sədri və idarə heyəti var.
Məlumata görə, Kral Salman nazir Tevfik ər-Rabianı Məscidül-Haram və Məscidi-Nəbəvi İşləri üzrə Ümumi İdarənin sədri təyin edən kral fərmanı verib. Nazirlər Şurası, Məscidül-Haram və Məscidi-Nəbəvidə Diyanət İşləri Başçılığının Diyanət İşləri İdarəsi adı altında təşkilat baxımından Krala bağlı bir bölmənin yaradılmasına qərar verib. Məscidül-Haram və Məscidi-Nəbəvidə imam və müəzzinlərin mövzuları, vəzifələri, dini və digər yönümlü fəaliyyətləri ilə bağlı bütün işləri bu bölməyə köçürülüb.
Bunlara əlavə olaraq Kral Salman bin Əbdüləziz, Şeyx Əbdürrəhman əs-Sudeysinin “nazir titulu” ilə Məscidül-Haram və Məscidi-Nəbəvidə Dini İşlər Başçısı təyin edilməsi haqqında kral sərəncamı verib.