Yazını böyüt
Yazını kiçilt
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib.
Hafta.az-ın məlumatına görə, bu vəzifəyə Aygün Mikayılova gətirilib.
Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb.
Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimidir. Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.
