Məşhur rusiyalı deputat Ukraynadan qaçırılmış uşağı övladlığa götürdü

19:47 23.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ədalətli Rusiya” partiyasının lideri, Dövlət Dumasının deputatı, Rusiya Federasiyasının prezidentliyinə keçmiş namizəd Sergey Mironov həyat yoldaşı ilə birlikdə Xerson vilayətindən olan bir yaşlı qızı övladlığa götürərək adını dəyişib, Rusiya mətbuatı yazır.

Hafta.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. 

Məlumata görə, 2022-ci ilin oktyabrında Sergey Mironov beşinci evliliyinə imza atıb. Onun seçdiyi şəxs 2015-ci ildən Dövlət Dumasının aparatında çalışan 55 yaşlı İnna Varlamovadır. 

Jurnalistlər iddia edirlər ki, 2022-ci ilin avqustunda Mironovun nişanlısı və siyasətçinin müttəfiqi Yana Lantatova Xerson vilayətinə gedib və orada uşaq evindən iki uşağı: 10 aylıq Marqarita Prokopenko və iki yaşlı İlya Vaşşenkonu götürüblər.

2022-ci ilin dekabrında Mironovlar ailəsi Marqaritanı rəsmi olaraq övladlığa götürüb. Onun şəxsi məlumatları dəyişib. indi qızın adı Marina Sergeyevna Mironovadır. Doğulduğu yer də dəyişdirilib, Xersonu Moskva yaxınlığındakı Podolsk əvəz etdi. 

İlyanın taleyi məlum deyil. 2023-cü ilin sentyabrında o, yeni doğum şəhadətnaməsi alıb, ondan belə çıxır ki, oğlan Moskva vilayətində yerləşir.

KİV-in məlumatına görə, bu, bu statusda olan rusiyalı siyasətçinin ukraynalı uşağı övladlığa götürməsi ilə bağlı ilk sənədləşdirilmiş haldır.

Rusiyanın Xerson şəhərindən çıxarılan uşaqları övladlığa götürənlər üçün hüquqi nəticələr olduqca ciddi ola bilər. Hüquqşünaslar istisna etmirlər ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) deputatın və həyat yoldaşının da  həbsinə order verə bilər.

Xatırladılır ki, 2023-cü ilin martında BCM ukraynalı uşaqları Rusiyaya deportasiya etmək ittihamı ilə Vladimir Putin və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order verib.