Məşhur siyasətçinin qızı yanaraq öldü 

09:55 21.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Moskva vilayətində avtomobil partlayıb.

 

Hafta.az xəbər verir ki, “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı, “United World International” jurnalının baş redaktoru Darya həlak olub.

 

İlkin məlumata görə, qəzaya qaz balonunun partlaması olub. Hadisə barədə əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, Duqin Rusiyanın əsas ideoloqlarından hesab olunur.