Yazını böyüt
Yazını kiçilt
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-iyun aylarında 423,1 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən hafta.az-a verilən məlumata görə, metallurgiya sənayesi məhsullarının istehsalında 9,4 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 3,4 faiz artım müşahidə olunub.
Yanvar-iyun aylarında sahə üzrə 11 min 324,1 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.