Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib

20:54 25.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan jurnalistlərinin sentyabrın 24-də keçirilmiş VIII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmiş Niyaz Niftiyev bu gün işlərinin çox olması ilə bağlı istefa ərizəsini təqdim edib. Bununla əlaqədar Mətbuat Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

Mətbuat Şurasından hafta.az-a verilən məlumata görə, MŞ sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gündəlikdə duran məsələ barədə məlumat verib. O, N.Niftiyevin istefa ərizəsinə həssas yanaşılmasının vacibliyini Şuranın strukturunun və gələcək fəaliyyət bölgüsünün tənzimlənməsini tezləşdirmək baxımından əsaslandırıb.

Məsələ müzakirəyə çıxarılarkən bildirilib ki, N.Niftiyev VIII qurultayda jurnalistlərin namizədi kimi İdarə Heyətinə seçilib. İH üzvü seçilmiş Əflatun Amaşov "Xalq qəzeti"nin baş redaktoru təyin edildiyindən, həmçinin uzun illər MŞ-yə jurnalistlərdən olan namizəd kimi rəhbərlik etdiyindən, onun jurnalist nümayəndələrin sırasına daxil olunması qərara alınıb.

MŞ İdarə Heyəti ictimaiyyət nümayəndələrindən ən çox səs toplamış növbəti namizəd - Gənc Demokratlar İnstitutunun rəhbəri, politoloq Yeganə Hacıyevanın İdarə Heyətinin tərkibinə daxil edilməsi barədə qərar qəbul edib.

Oxunma sayı 2447
Media rubrikasından digər xəbərlər