Metroda gələn ildən gedişhaqqı telefonla ödəniləcək

18:00 20.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn ildən Bakı metropoliteni stansiyalarda təmassız ödəniş etmək imkanı yaratmağı nəzərdə tutur.

 

Hafta.az xəbər verir ki, bu barədə trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, artıq prosesin tətbiqi ilə bağlı işlər davam etdirilir:

 

"Texniki dizayn və təkrar sınaq işləri başa çatandan sonra sistem istifadəyə veriləcək. Bundan sonra sərnişinlər smart saatlar, mobil cihazlar, QR kodlar və bank kartları ilə gedişhaqqı ödəyə biləcəklər".