Metroda nasazlıq - Sərnişinlər qatardan düşürüldü

10:29 12.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunda nasazlıq yaranıb.

Hafta.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

O bildirib ki, "Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb:

"Qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatara texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib".