Metropoliten üçün alınan 2 yeni qatar Bakıya gətirilib

15:02 05.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Metropoliteninin bu il üçün gətirilməsi nəzərdə tutulan 2 yeni qatar artıq metronun deposundadır.

Hafta.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla da Bakı Metropolitenində yeni qatarların sayı 23, vaqonların sayı 115 ədəd olub. Qatarlar sazlama və sınaq işlərindən sonra ilin sonunadək xəttə buraxılacaq.