Metropolitençilərin peşə bayramı günü dəyişdirildi

15:48 19.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Hafta.az-ın xəbərinə görə, sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

 

İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.

 

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd olunur.