Millət vəkilləri Ankaraya səfər edəcəklər

18:13 14.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Ramil Həsən aprelin 17-də Ankaraya səfər edəcəklər.

Hafta.az-ın yazdığına görə, deputatlarımız burada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcəklər.

Fond tərəfindən keçiriləcək tədbirlər çərçivəsində Ulu Öndərə həsr olunmuş sərgi və konfrans təşkil olunacaq. Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə məlumat veriləcək, onun Azərbaycan dövlətçilik tarixindəki rolu və türk dünyası qarşısındakı müstəsna xidmətlərindən bəhs ediləcək.

H.Hüseynovanın Ankarada Şuşa Konqres Mərkəzində keçiriləcək “Türk dünyasının önəmli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə xatirəsi anılır” adlı konfransda çıxışı da nəzərdə tutulub.

Səfər aprelin 21-də başa çatacaq.

Siyasət rubrikasından digər xəbərlər