Milli komandanın üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub

11:28 09.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub.

Hafta.az xəbər verir ki, onun çıxış etdiyi "Osasko" finalda "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.

"Osasko" son olaraq 7 il əvvəl Braziliya Kubokuna sahib çıxmışdı.