“Milli" Şuradakılara mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyirlər - Sahib Alıyev

11:50 19.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransa Bakıdakı səfirini geri çağırır, antimilli ünsürlər mitinqə hazırlaşır. İlk baxışda belə görünə bilər ki, Azərbaycanın onun yeritdiyi neokolonializm siyasətini və digər bəd əməllərini ifşasından qıcıqlanan Fransa dözümsüzlük göstərərək belə bir cılızlığa yol verir. Ancaq Fransanın buradakı səfirini geri çağırmasının arxasında bizim regionda bölücü xətlər çəkmək, dayanıqlı qarşıdurma plasdarmı yaratmaq yönündə kompleks addımlar atmağı planlaşladıranlara pionerlik etmək gizlənir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.

Deputat hesab edir ki, aprelin beşində Brüsseldə keçirilən üçlü görüşdəki üzərindən artıq sirr pərdəsi götürülən gizli sövdələşmə bunu təsdiqləyir.

S.Alıyev bildirib ki, o planı hazırlayanlar istədiklərini asan reallaşdırsınlar deyə bizdəki muzdlu nökərlərindən də faydalanmağa çalışırlar. Mitinq ideyası da ona görə ortaya atılıb.

“Milli" Şuradakılara mitinq keçirməyi tapşıranlar Azərbaycanda icitimai-siyasi sabitliyə mümkün qədər zərbə vurmaq və dövlətimizə təzyiq üçün əlavə fakt toplamaq niyyəti güdürlər.

Muzəffər Ali Baş Komdandanımızı Azərbaycanı Rusiyanın müstəmləkəsinə çevirməkdə suçlayan, sözügedən ölkənin Qarabağdakı hərbi kontingentinin buradan heç vaxt çıxmayacağını bildirən Əli Kərimli və yandaşları hər halda etdikləri qələtə görə üzr istəmək üçün mitinq planlaşdırmırlar. İtinə “Qızıl” adı qoymaqla varlı görünməyə çalışan kasıbın məntiqilə çıxış edərək yığnaqlarnı “Milli Şura” adlandıran antimilli ünsürləri yaxşı tanıdığımdan tam əminliklə deyirəm ki, onlar məhz zəfərimizlə barışmayanların diqtəsi ilə onu gözdən salmağa çalışdıqlarını etirafdansa, həmən güclərin qanadı altında "miatsum"çuların Qarabağa gətirilmələri tələbini daha həvəslə səsləndirə bilərlər”.

Deputat bildirib ki, Qarabağda “miatsum”çuların kökünün kəsilməsi “Dəmir Yumruğun”, Rusiya hərbi kontingentinin Azərbaycanı vaxtından əvvəl tərk etməsi isə “Dəmir İradə”nin xidmətidir.

Oxunma sayı 43