Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib

18:28 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan hafta.az-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb.

“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov MTRŞ-nın sədri seçilib.

Qeyd edək ki, MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli idi.