Millimiz Dünya Seriyasının qalibi olub

08:41 14.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Buxarestdə keçirilən Dünya Seriyasının final oyununa çıxıb.

Hafta.az xəbər verir ki, yığma ABŞ-nin "Seattle" klubuna 21:18 hesabı ilə qalib gələrək çempion olub. Turnirin ən dəyərli oyunçusu (MVP) millimizin üzvü Brianna Freyzer seçilib.