Millimiz FIFA reytinqində irəlilədi

17:24 28.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.

Hafta.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür.